Şirkətimiz sürətli poçt xidməti olub, Amerika və Türkiyədən fiziki və hüquqi şəxslərin yüklərinin Azərbaycana çatdırılmasını həyata keçirir.

Sifariş qaydası aşağıdakı kimidir


1- ci addım

Proex.az-dan qeydiyyatdan keçin.

Müxtəlif xarici ölkələrdə fərdi ünvanlara sahib olun.


2- ci addım

Onlayn mağazalardan alış-veriş edərkən, bağlamanızın çatdırılacağı ünvan məlumatına saytımızda qeyd edilən ünvanı göstərin.


3- cü addım.

Bağlamanızı təhvil alın

Anbarımıza təhvil verilmiş bağlamanızı 3-7 iş günü ərzində Bakı ofisindən təhvil alın.


Bəyənnamə müştərinin sifariş etdiyi bağlama haqqında yük xarici anbara daxil olmadan əvvəl Proex şəxsi hesabında BƏYAN ET bölməsində məlumat verməsidir.

Sifariş haqqında məlumat bağlama xarici anbarlara çatdırılmamışdan əvvəl qeyd olunmalıdır. Yükün bəyan edilməsi yalnız bağlama satıcı tərəfindən kuryerə verildikdən və izləmə nömrəsi (Tracking number)təqdim edildikdən sonra mümkündür.

Bəyənnamədə bağlamanın (Tracking number)  izləmə nömrəsi, mağaza adı, məhsulun kategoriyası qeyd edilir və satıcı tərəfindən təqdim edilmiş invoce sənədi əlavə edilir.

Azərbaycan hava limanına çatdırılan hər bir bağlama gömrük yoxlamasından keçir.

Gecikmələrin yaranmaması üçün müştəri şəxsi hesabına daxil olaraq, sifarişi haqqında məlumatı əvvəlcədən bəyan etməlidir.


İstisnalar:

Nadir hallarda satıcılar müştərinin bağlamasını, (tracking number) izləmə nömrəsi  təyin etmədən göndərir. Bu halda yalnız bağlama anbara daxil olduqdan sonra bəyannamə doldurulmalıdır.

Məlumatların düzgün qeyd edilməsi bağlamanın vaxtında çatdırılmasının ilkin şərtidir.


Amerikadan yüklərin göndərişi həftədə 2 dəfə,

Türkiyədən yüklərin göndərişi həftədə 2 dəfə həyata keçirilir.










Nəzərinizə çatdırırıq ki, ABŞ və Türkiyədən bağlamaların çatdırılma haqqı fiziki çəki  {bolt}  əsasında hesablanır.
* Türkiyədən sifariş edilən bağlamanın hər hansı bir tərəfinin ölçüsü 1 metrdən artıq olan bağlamaların daşınma haqqı həcm çəkisi əsasında hesablanır.
Hesablanma qaydasını nəzərinizə çatdırırq:
En(sm) x Uzunluq(sm) x Hündürlük(sm)/6000 = Həcm çəkisi(kg)
Bağlamaların daşınma haqqı müştərinin istəyinə görə, Proex.az saytından onlayn, ofisdə nəğd və ya pos cihazı vasitəsi ilə həyata keçirilə bilər.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq), fiziki şəxslər 30 gün müddətində dəyəri 1000 ABŞ dolları ekvivalentindən artıq olmayan yük ölkəyə idxal edə bilər.

Fiziki dəyər 1000 ABŞ dollarından çox olduqda qanunvericiliyə uyğun olaraq gömrük rüsumu ödənilir.

1000 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.

Limiti keçmiş hesab sahiblərinin bağlamaları səlahiyyətli orqan olan gömrük orqanı tərəfindən saxlanılır.

Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 12 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanc haqqı hesablanır.

Xahiş edirik, sifariş verərkən diqqətli olun!

Daşınması qadağan olan məhsullar:

  • Parfüm, dezodarantlar, spreylər, quru şampun, boyalar, alışqanlar, dırnaq boyaları və s.
  • Mobil telefonlar.
  • Müxtəlif növ batareyalar, powerbank-lar.
  • Qida məhsulları.
  • Elektrik mühərrikli tozsoranlar
  • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
  • Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
  • Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat, həmçinin hazırlanması texnologiyasına aid materiallar.
  • Pornoqrafik əşyalar, əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar.
  • Canlı heyvanlar.
  • Bitki və toxumlar.
  • Gizli kameralar, xüsusi məxfi rabitə vasitələri, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
  • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
  • Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
  • Zinyət əşyaları, qiymətli metallar və qiymətli daşlar.
  • Pul əskinasları, sikkələr.
  • Akkumulyatorlar.
  • Amortizatorlar.
  • Mühərriklər.
  • Hover Board skuterlər.
  • Maşın yağları və maşın yağının olduğu bütün mallar.
  • Hava nəqliyyatı vasitəsi ilə daşınması qadağan olunan əşyalar.
  • Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olunan əşyalar.
  • Türkiyədən litium batareyalar və batareyalara sahib texnikalar.
  • Türkiyədən maye məhsulları, sənət əsərləri, müxtəlif dərmanlar, sənədlər.
  • ABŞ ixrac qanununa uyğun olaraq; odlu silah, silah hissələri və ya aksesuarları, optik nişan, optik binokl, hərbi geyimlər və döyüş üçün nəzərdə tutulan əşyaların ixracına icazə yoxdur.



Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Tracking number ( İzləmə nömrəsi ) təyin edir.
Tracking number (izləmə nömrəsi) bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır.
İzləmə nömrəsi (Tracking number) hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır. 
Bağlamanız daşıyıcı şirkətin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz.




Xarici anbarların iş qrafiki aşağıdakı kimidir:


ABŞ anbarı:

Bazar ertəsi – Cumə 9:00 – 17:00

Şənbə, Bazar: qeyri iş günü


Türkiyə anbarı:

Bazar ertəsi – Cumə 9:00 – 18:00

Şənbə 10:00 – 14:00

Bazar: qeyri iş günü

PROEX MMC şirkəti müştərilərinə minimal qiymətlərlə, yüksək və keyfiyyətli xidmətlər təklif edir. Biz PROEX MMC olaraq xaricdən verilən sifarişlərin sürətli şəkildə ölkəyə çatdırılmasını və müştəriyə təhvil verilməsini təmin edirik.

Maksimal dərəcədə müştərilərin maraqlarını nəzərə alır, əməkdaşlıq üçün əlverişli şərait, sərfəli qiymətlər və yüksək keyfiyyətli xidmət təklif edir.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan 137, (Nizami metro stansiya yaxınlığı)

İş saatları:

Bazar ertəsi - Cümə: 10:00 - 19:00
Şənbə: 10:00 - 15:00

Bazar: istirahət günü

Bütün hüquqları qorunur ©ProEx.az
WhatsApp
Zəng et